30 sentyabr 2011 20:24
Aleksandr Starkov: Futbolçularda ustalıq səviyyəsi çatışmır
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 8-ci turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın latviyalı çalışdırıcısı 0:0 hesabı ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Üstünlükbizimtərəfimizdə oldu. Xüsusilə də ikincihissədə. Amma bizdə həlledici zərbə alınmır. Oyunçularımın qol vəziyyətləri olsa da, bəxtləri gətirmədi. Futbolçularda ustalıq səviyyəsi çatışmır”.
