30 sentyabr 2011 21:18
Rednik mövsümün ilk yenilgisini şərh etdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 8-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar”ın rumıniyalı çalışdırıcısı 0:1 hesabı ilə uduzduqları görüşdən sonra bunları dilə gətirib:
“Birinci hissədə üstünlük rəqibin tərəfində idi. Amma fasilədən sonra biz oyunda bərabərlik yarada bilmişdik. Sadəcə, müdafiəçilərimiz səhfə yol verdilər və rəqib də bundan istifad edib, qapımıza yol tapdı”.
