30 sentyabr 2011 21:26
Böyükağa Hacıyev: Komandamız yaxşı oynamadı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 8-ci turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib:
“Komandamız yaxşı oynamadı, yaxşı oynasaydıq hesab başqa cür olardı. Əsas 3 xalı qazanmaq idi, buna nail olduq. Fərid Quliyev meydana çıxdı və öz sözünü dedi, qol vurdu. Qələbəni klubun prezidentinə həsr edirik. Eyni zamanda fan-klubumuzun rəhbəri Ceyhunun ad günüdü, onu da təbrik edirik”.
