30 sentyabr 2011 21:30
Sergey Yuran: Biz rəqibimizə qonaqpərvərlik göstərdik
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 8-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun çalışdırıcısı 1:2 hesabı ilə məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“Oyun bizim üçün əhəmiyyətli idi. Futbolçular var gücü ilə oynadılar. Biz rəqibimizə qonaqpərvərlik göstərdik, “Neftçi” burada iki gün məşq etdi. “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm”.
