1 oktyabr 2011 00:01

Autsayderlərin turu və ya XL adlı nağılın sonu

Premyer Liqada daha bir tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qarşıdakı seçmə mərhələ oyunları ilə əlaqədar bir günə salınan 8-ci turun görüşlərində maraqlı və gözlənilməz nəticələr də qeyə alındı.

Qələbə üzünə həsrət qalan “Sumqayıt Şəhər”in səfərdə “Kəpəz”dən xal alacağını yəqin ki, çoxları ağlına da gətirməzdi. Hər halda bu mövsüm AZAL və “Bakı”ya qalib gələn, “İnter”dən xal alan Gəncə təmsilçisinin autsayderi məğlub yola salacağı gözlənilirdi. Amma “Simurq”la səfər oyununda da heç kimin gözləmədiyi halda rəqibindən 4 qol buraxaraq məğlub olan “Kəpəz” bu dəfə də təəccübləndirdi. Qarşılaşmanın ilk yarısında hesabı açan “Sumqayıt Şəhər” meydan sahiblərinə çətin anlar yaşatdılar. Sumqayıt təmsilçisi bu görüşdə hətta elitadakı ilk qələbəsini də rəsmiləşdirə bilərdi. Amma komandasının lideri olan Ceyhun Sultanov bu dəfə də gəncəliləri xilas etməyi bacardı. Hər halda qazanılan bir xala görə də şükr etməli olan Mehman Allahverdiyevin komandasının xüsusilə zəif rəqiblərlə oyunlara yaxşı köklənə bilməməsini bu matç bir daha isbatlamış oldu.

Hesabat turunun daha bir sürpriz nəticəsi Qəbələdə qeydə alındı. Burda son iki turda müvafiq olaraq “Neftçi” və “Xəzər Lənkəran”a məğlub olmuş “Qəbələ” autsayderlər qrupunda qərarlaşan “Rəvan”ı qəbul edirdi. Toni Adamsın çempionluq hədəfləyən komandasının bu ev oyunundan mütləq qələbə ilə ayrılacağı gözlənilirdi. “Rəvan” isə Vladislav Qədirovu gətirdikdən sonra qazandığı ilk qələbəsini təkrarlamaq istəyində idi. Axı alt pillələrdə qərarlaşan komanda üçün 3 xal çox vacib idi. Qarşılaşma meydan sahiblərinin hücumları və erkən qolu ilə başladı ki, bundan sonra ümumiyyətlə “Qəbələ”nin uduzacağını düşünmək olmazdı. Amma az keçməmiş ilk qolun müəllifi Murad Hüseynov bu dəfə avtoqol müəllifi olmaqla hər şeyi 90 dərəcədə dəyişdi. Çox keçməmiş daha bir qol vuran bakılılar Adamsın yetirmələrini şoka saldılar. Fasilədən sonra da ağıllı oyun sərgiləyən “Rəvan” ardıcıl ikinci qələbəsini qazanmış oldu. Hətta bu 3 xalın qazanılmasında onlara son 15 dəqiqəni azlıqda oynamaları və bir qol buraxmaları da mane olmadı. Yeri gəlmişkən, “Rəvan”ın bu dəfəki qələbəsi də səfərdə qeydə alındı.
 
Turun mərkəzi oyunu da müəyyən mənada bir qədər gözlənilməz nəticə ilə başa çatdı. Cari mövsümə çox yaxşı başlayan “Xəzər Lənkəran” səfərdə o qədər də sabit oyun sərgiləməyən “İnter”in qonağı idi. Meydan sahibləri bu qarşılaşmada əsas rəqiblərindən olan cənub təmsilçisinə ilk məğlubiyyət acısını daddırmaq istəyirdilər. Mirça Rednikin komandası isə ən pis halda heç-heçə etməklə əsas izləyicilərinin yaxınlaşmasına imkan verməmək istəyində idi. Amma qarşılaşmanın ilk yarısında sərgilənən oyun da göstərdi ki, “bankirlər” bu görüşdə 3 xala daha çox istəklidilər. Belə də oldu. Fasilədən sonra cənub təmsilçisi müəyyən qədər ərazi üstünlüyünü ələ alıb daha yaxşı futbol sərgiləsə də, meydan sahiblərinin hesabı açmasına mane ola bilmədilər. Vurulan yeganə qol “İnter”ə çox vacib qələbə qazandırdığı halda, “Xəzər Lənkəran”ın inamlı seriyasını qırmış oldu. Qeyd edək ki, cənub təmsilçisi bu mövsümün yeganə yenilməz komandası idi və artıq elita klubları arasında belə bir kollektiv qalmadı.

Digər qarşılaşmalarda isə, hardasa elə gözlənilən nəticələr qeydə alındı. “Qarabağ”ın “Turan”ı məğlub yola salacağına yəqin ki, azam şübhə edərdi. Düzdü, tovuzlular buraxılan qoldan sonra hesabda tarazlıq yarada bildilər. Amma “Qarabağ”ın ilk dəfə ev oyununu keçirmək üçün istifadə etdiyi “Dalğa Arena” ağdamlılara istədiyi uğuru gətirdi. Xüsusuilə matçın sonlarında daha parlaq oyun sərgiləyən meydan sahibləri autsayderə öz yerini göstərdilər. Beləcə, son turlara kimi ardıcıl uğursuzluqlarla üzləşən Qurban Qurbanovun komandası AZAL və “Turan” üzərindəki qələbələr sayəsində özünə gəldiyini təsdiqlədi.
 
Daha bir gözlənilən nəticə Zaqatalada qeydə alındı. Son ölkə çempionları elə vurduqları erkən qolla da “Simurq”a sürpriz etməyə imkan vermək fikrində olmadıqlarını isbatladılar. Düzdü, qarşılaşmanın sonlarına yaxın meydan sahibləri vurduqları qolla az qala sürprizə imza atacaqdılar. Amma bundan az sonra “ağ-qaralar” daha bir top vuraraq qələbəni təmin etdilər. Həmin qolun böyük səs-küyə, qalmaqala, hətta oyunun xeyli gec başa çatmasına baxmayaraq, son nəticə “Neftçi”nin 3 xala sahib çıxması oldu. Nəticədə, “ağ-qaralar” lider “Xəzər Lənkəran”ın xal itkisindən maksimum yararlanmış oldu.

Bu tur həm də bir paytaxt derbisiylə yaddaqalan oldu. İkisi də qeyri-sabit oyun sərgiləyən “Bakı” və AZAL Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəldilər. Heç də maraqlı və baxımlı alınmayan qarşılaşma elə sonadək qolsuz davam etdi və nəticədə tərəflər sülhlə ayrıldılar.
 
Premyer Liqa
8-ci tur
30 sentyabr
 
Kəpəz - Sumqayıt Şəhər - 1:1
Qollar: Eldar Məmmədov, 33 (0:1), C.Sultanov, 58 (1:1).
Vərəqələr: Cavad Mirzəyev, 25 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Junivan Suares, 80 (rəqibə badalaq), Şahin Kərimov, 85 (perspektivli hücumun qarşısını aldığına görə) - Slavik Alxasov, 36 (hakimə etiraz), Andrey Popoviç, 53 (rəqibi tutduğuna görə) - sarı.
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Elman Musayev, Anar Salmanov.
AFFA nümayəndəsi: Ramiz Əliyev
Hakim-inspektor: Əli Hüseynov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
30 sentyabr 2011. Gəncə şəhər stadionu. 5000 tamaşaçı.
Kəpəz: 22. Konstantin Kolesnikov, 4. Azər Məmmədov (k), 5. Ərdoğdu Muammer, 8. Armand Feutchine (14. Dmitri Parxaçov, 65), 10. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev (9. Xəyal Qarayev, 85), 15. Şahin Kərimov, 23. Junivan Suares, 28. Milan Antiç, 30. Yuri Fomenko, 34. Cavad Mirzəyev.
Ehtiyat oyunçular: 1. Tural Abbaszadə, 17. Renat Sultanov, 19. Zaur Əsədov, 25. Anton Qay, 32. Razvan Tarlea.
Baş məşqçi: Mehman Allahverdiyev.
Sumqayıt Şəhər: 12. Andrey Popoviç, 4. Samir Abasov (k), 20. Timur İsrafilov, 22. Ruslan Tağızadə, 2. Slavik Alxasov (11. Kamil Nurəhmədov, 90+2), 52. Bədavi Hüseynov, 16. Hacı Əhmədov, 8. Emin Mustafayev, 19. Orxan Əliyev (50. Samir Abdulov, 71), 90. Eldar Məmmədov, 21. Murad Səttarlı (27. Ramil Həşimzadə, 63).
Ehtiyat oyunçular: 76. Sahil Kərimov, 18. Aslan Kərimov, 7. Mahmud Qurbanov, 10. Eşqin Quliyev.
Baş məşqçi: Bernhard Raab.
 
Qəbələ - Rəvan - 2:3 (1:2)
Qollar: M.Hüseynov, 7 (1:0), M.Hüseynov, 22-öz qapısına (1:1), C.Pelu, 35 (1:2), S.Barlay, 52 (1:3), Dodo, 78 (2:3).
Vərəqələr: Daniel Lopes Kruz, 21 (qeyri-idman hərəkəti); Dodo, 45+1 (qeyri-idman hərəkəti) - Angel Qutyerres, 16 (qeyri-idman hərəkəti), Kristian Torres, 29 (simulyasiya) – sarı, Şerif Suma, 76 (qəsdən ayağa zərbə) – qırmızı.
Hakimlər: Ceyhun Haşımov, Ramiz Əsədov, Namiq Hüseynov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Kərim Ağayev
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
30 sentyabr 2011. Qəbələ şəhər stadionu. 1500 tamaşaçı.
Qəbələ: 12. Pavel Doroşev, 4. Mahir Şükürov (k), 10. Deon Barton, 14. Veselko Trivunoviç (6. Lyuba Baranin, 46), 16. Abdulkader Kamara, 18. Aleksandr Çertoqanov (8. Bruno da Silva, 68), 20. Stiv Olfers (17. Arif İsayev, 65), 22. Murad Hüseynov, 26. Daniel Lopes Kruz, 33. Saşa Yunisoğlu, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 7. Yaşar Abuzərov, 15. Nodar Məmmədov, 19. Rövşən Əmiraslanov.
Baş məşqçi: Toni Adams.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 5. Natiq Kərimi (13. Fərid Həşimzadə, 90+2), 8. Tural Axundov, 9. Con Pelu, 10. Anxel Qutyerres (17. Ramazan Abbasov, 87), 11. Şeriff Suma, 18. Samuel Barlay, 20. Kristian Torres (15. Tural Cəlilov, 79), 24. Hüseyn İsgəndərov.
Ehtiyat oyunçular: 61. İvan Vasilyev, 22. Amid Hüseynov, 30. Şarapudin Şalbuzov, 90. Sergey Çernışev.
Baş məşqçi: Vladislav Qədirov.
 
Bakı - AZAL - 0:0
Vərəqələr: Aleksandar Soliç, 60 (rəqibi bilərəkdən əllə tutduğuna görə) - Viktor İbekoyi, 70 (rəqibə badalaq vurduğuna görə) – sarı.
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
30 sentyabr 2011. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 420 tamaşaçı.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov, 4. Vadim Boret (99. Rəhman Hacıyev, 62), 6. İbrahim Karqbo, 8. Junior Xavier Vilson (11. Elvin Məmmədov, 72), 14. Elvin Əliyev, 15. Cəmşid Məhərrəmov (k), 21. Novruz Məmmədov, 30. Maris Verpakovski, 36. Vinston Parks, 77. Aleksandar Soliç (7. Deyvidas Çesnauski, 78).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 19. Nurlan Novruzov, 29. Əziz Quliyev, 32. Aleksey Savinov.
Baş məşqçi: Aleksandr Starkov.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Usim Nduka, 6. Mindauqas Daunoraviçius, 11. Zohair Benouahi, 17. Viktor İbekoyi, 10. Nuqzar Kvirtiya, 20. Mansur Limani, 7. Tərlan Xəlilov (14. Orxan Səfiyaroğlu, 83), 19. Hüseyn Axundov, 9. Vüsal Qarayev (8. Elşən Məmmədov, 60), 23. Tales Şütz (15. Georgi Boqyu , 72).
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 25. Ruis Kristian, 24. Elmir Məmmədov, 18. Elnur Hüseynov.
Baş məşqçi: Elxan Abdullayev.
 
İnter - Xəzər Lənkəran - 1:0
Qol: Nizami Hacıyev, 72.
Vərəqələr: Bronislav Çervenka, 66 (perspektivli hücumun qarşısını kəsdiyinə görə) - Adrian Pit, 43 (rəqibi tutub saxladığına görə), Eder Bonfim, 82 (kobud oyun) – sarı.
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Mehman Mahmudov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
30 sentyabr 2011. Bakı. "Şəfa"  stadionu. 5200 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov (8. Nizami Hacıyev, 58), 11. Asif Məmmədov (16. Elnur Abdulov, 73), 13. Bronislav Çervenka, 14. Petar Zlatinov (10. Asif Mirili, 83), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Girt Karlson, 21. Arif Daşdəmirov, 30. Danildo Assioli.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 5. Rüstəm Abasov, 7. Ruslan Poladov, 28. Baçana Tsxadadze.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Xəzər Lənkəran: 85. Kamal Bayramov, 2. Elnur Allahverdiyev (k), 7. Katalin Doman (15. Emeka Opara , 75), 8. Eder Bonfim, 9. Branimir Subaşiç (33. Deyan Rusiç, 46), 10. Elnur Abdullayev (23. Şəhriyar Xəlilov, 56), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 22. Antonio Semedo, 81. Rikardo Qomes.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 20. Eldar İsmayılov, 32. Mario Rosas, 84. Julius Vobay.
Baş məşqçi: Mirça Rednik.
 
Simurq - Neftçi - 1:2
Qollar: M.Seyidov, 8 (0:1), Tofiq Mikayılov, 86 (1:1), Fərid Quliyev, 90+1 (1:2).
Vərəqələr: Vidas Alunderis, 34 (rəqibə qarşı kobud oyun), Vasili Yanotovskiy, 41 (sistematik qayda pozuntusu) – sarı.
Hakimlər: Rövşən Əhmədov, Yaşar Abbasov, Rza Məmmədov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Qurban Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
30 sentyabr 2011. Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu. 2500 tamaşaçı.
Simurq: 32. Adnan Hodziç, 3. Rasim Ramaldanov (k) (15. Anar Həsənli, 73), 4. Vasili Yanotovski, 8. Qərib İbrahimov (21. Kristap Qrebis, 75), 10. Tofiq Mikayılov, 11. Robertas Poşkus, 13. Aleksandr Şemonayev, 14. Andrey Rubin (27. Ramil Sayadov, 74), 17. Rüstəm Məmmədov, 28. Yevgeni Şmakov, 79. Vidas Alunderis.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 6. Mikayıl Rəhimov, 29. Samir Quliyev, 9. Əli Bağırov.
Baş məşqçi: Sergey Yuran.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 11. Cavid Hüseynov (17. Araz Abdullayev, 74), 14. Bahodir Nasimov (22. Fərid Quliyev, 84), 15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva, 19. Mirhüseyn Seyidov, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 8. Elmar Baxşıyev, 18. Ruslan Əmircanov, 20. Elvin Musazadə, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.

Qarabağ - Turan - 3:1
Qollar: V.Nadirov, 23 (1:0), N.Əliyev, 52 (1:1), A.Aqolli, 54 (2:1), R.Sadiqov, 85 (3:1).
Vərəqələr:  Namiq Yusifov, 90+1 (qeyri-idman hərəkəti) - Namiq Əliyev, 50 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Elnur Muradov, Nahid Əliyev, Azad Ə. Hüseynov, Alik Yunusov.
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Fazil Mürşüdov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
30 sentyabr 2011. Bakı. "Dalğa Arena"stadionu. 300 tamaşaçı.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, (18. İlqar Qurbanov, 57), 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k) (9. Bəxtiyar Soltanov, 89), 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 23. Tural İsgəndərov (20. Nderim Nedzipi, 57), 24. Admir Teli, 25. Ansi Aqolli, 88. Leonardo Roşa.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov.
Baş məşqçi: Qurban Qurbanov.
Turan: 1. Anar Nəzirov, 6. Aleksandr Dubilyeviç, 7. Ramal Hüseynov (k) (32. Cavid Tağıyev, 76), 11. Georgi Beriaşvili (10. Nadir Nəbiyev, 46), 14. Aleksandr Qoqoberişvili, 15. Namiq Əliyev, 18. Hafiz Əliyev, 22. Məhərrəm Müslümzadə, 21. Rəşad Orucov, 29. Rudison Ferreyra, 24. Sergey Artyux.
Ehtiyat oyunçular: 30. Ramil Kərimov, 19. Ruslan Abbasov, 20. Azər Məmmədov, 16. Orxan İsmayılov, 9. Yasin Abbasov.
Baş məşqçi: Əsgər Abdullayev.
 
1
XL
8
6
1
1
13-5
19
2
Neftçi
7
5
0
2
11-5
15
3
İnter
8
4
2
2
6-5
14
4
Qarabağ
7
4
1
2
9-5
13
5
Bakı
8
3
3
2
8-6
12
6
Kəpəz
8
3
2
3
14-13
11
7
Qəbələ
8
3
2
3
9-10
11
8
Rəvan
8
2
3
3
10-11
9
9
AZAL
8
2
3
3
10-12
9
10
Simurq
8
2
2
4
7-9
8
11
Turan
8
2
0
6
7-13
6
12
SŞ
8
0
3
5
3-12
3
 
Bombardirlər:
4 - Sergey Artyux (Turan), Yuri Fomenko, Ceyhun Sultanov (hər ikisi "Kəpəz")
3 - Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.