30 sentyabr 2011 15:42
İspanlar Bakıda 6 qol vurdu, millimiz darmadağın oldu (YENİLƏNİB)
Bu gün 17 yaşadək qızlardan ibarət yığmalar arasında futbol üzrə Avropa çempionatının seçmə oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, Bakıda təşkil olunan millimizin yer aldığı qrupun oyunları da məhz bu gün başlayıb.
İlk oyun günündə Azərbaycan millisi Ukrayna ilə qarşılaşıb. Futbolçularımız çıxdıqları ilk rəsmi oyunda darmadağınla üzləşiblər.
Qrupumuzun digər oyununda isə İspaniya Bosniya və Herseqovina yığmasını sınağa çəkib. Qarşılaşma ispanların 6 cavabsız qolla qazandığı qələbəylə yekunlaşıb.
AÇ-nin seçmə mərhələsi
30 sentyabr
Azərbaycan – Ukrayna – 0:3 (0:1)
Qollar: Kozırenko, 31-pen; 69, Malaxova, 53.
İspaniya - Bosniya və Herseqovina - 6:0 (3:0)
Qollar: Mendosa, 34-pen; 38, Puiggros, 40; 68, Pomares, 59, Lopes, 72.
