30 sentyabr 2011 11:08
Berti Foqts 8-ci turun 1 oyununu izləyəcək
Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində bu gün keçiriləcək 3 qarşılaşmanı Azərbaycan milli komandasının məşqçilər korupusu da izləyəcək. Azerisport.az xəbər verir ki, “Qarabağ” – “Turan” oyununda millinin baş məşqçisi Berti Foqts olacaq.
“Bakı” - AZAL matçını baş məşqçinin köməkçisi Olaf Yansen izləyəcək. “İnter” – “Xəzər Lənkəran” qarşılaşmasında isə millinin qapıçılar üzrə məşqçiləri Faiq Əzizov və Uli Ştayn stadionda olacaq.
