30 sentyabr 2011 11:16
Manchester City Karlos Tevesi cəzalandırdı
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə Almaniya “Bayern"i ilə oyunda meydana daxil olmaqdan imtina edən İngiltərənin "Manchester City" klubunun hücumçusu Karlos Tevezin cəzası müəyyənləşib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi argentinalı futbolçunu iki həftəlik futboldan uzaqlaşdırmaqla cəzalandırıb.
Bu müddət ərzində Tevez qarşıdakı oyunların iştirak ərizəsinə salınmamaqla yanaşı, məşqlərə də çıxmayacaq. Bu barədə araşdırmalarını davam etdirən "Manchester City" rəhbərliyinin Tevezin günahını sübuta yetirəcəyi təqdirdə, futbolçunu komandadan uzaqlaşdıracağı bildirilir.
Qeyd edək ki, "Bayern" ilə səfərdə keçirilən matçın ikinci hissəsində baş məşqçi Roberto Mançini Tevezi oyuna daxil etmək istəsə də, futbolçu bundan imtina etmişdi.
