30 sentyabr 2011 11:25
Elxan Abdullayev: AZAL Bakını udacaq səviyyədədi
AZAL-ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 8-ci turunun “Bakı” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qarabağ”a məğlubiyyəti artıq unutmuşuq. Yeni oyuna hazırlaşırıq. Toparlanmaq istəyirik. “Bakı”nın son oyunları da göstərir ki, bizi heç də zəif komandayla qarşılaşma gözləmir. Əksinə, mən “zolaqlılar”ın çox güclü komanda olduğunu düşünürəm. Lakin öz komandamı da zəif saymıram. Bu, iki eyni güclü komandanın qarşılaşması olacaq. Biz “Bakı”nı udacaq səviyyədəyik. Ancaq qələbəyə oynayacağıq”.