30 sentyabr 2011 11:38

8-ci tur. Asim Xudiyevinin proqnozu

Futbolumuzun veteranı Asim Xudiyev premyer-liqanın səkkizinci turuna dair fikirləri ilə bölüşüb.
 
Qəbələ - Rəvan
"Qəbələ"nin ev sahibi olması yerli komandanın qələbə ehtimalını yüksəldir. "Qəbələ" evdə yaxşı oynayır. "Radar"lar son iki oyunu məğlub olub. Rəqibləri isə hətta "Turan"ı səfərdə məğlub edib. Komandlar döyüşkən oynayacaq. Düşünürəm ki, heç-heçə olacaq. Digər tərəfdən "Rəvan" texnikalı futbola üstünlük verir. Qəbələ stadionu onlara imkanlarını nümayiş etdirməyə şərait yaradacaq. Belə gözəl meydanda komandaların şansları bərabərləşir.
 
Kəpəz - Sumqayıt Şəhər
Son turlarda gəncəlilər özlərini yaxşı tərəfdən göstəriblər.  Səfər oyunlarında Allahverdiyevin yetirmələrinin döyüş əhvalı çox yüksəkdir. "Bakı" (3:0) və "İnter"lə (0:0) oyunlar buna nümunədr. Sumqayıt Şəhər autsayder olsa da, ambisiyalıdır. Əsasən gənclərdən təşkil olunub. Gücləri çatsa Gəncədən bir xal apara biləcəklər. Belə isə "Kəpəz" qalib gəlməlidir.
 
Bakı - AZAL
Hər iki  komanda ötən tur məğlub olub.  Təbii ki hər ikisi bərpa olmaq istəyir. Oyun gərgin olacaq. Düşünmürəm ki baxımlı oyun olsun. Komandalar ilk növbədə kapılarının toxunulmazlığı haqda düşünəcəklər. Ehtiyatlı oyun izləyəcəyik. Bu oyunda heç-heçə təxmin edirəm.
 
Qarabağ - Turan
Ağdam klubu yaxşı futbol oynamaqda davam edir. “Xəzər Lənkəran”a məğlubiyyətə baxmayaraq, onlar toparlana və AZAL-ı məğlub edə bildilər. Bu qələbə onlar üçün çox şeyə dəyər. “Turan” hazırda heç də yaxşı günlərini yaşamır. İstənilən halda “Qarabağ”ın qələbə qazanacağını düşünürəm.
 
Simurq – Neftçi
Əgər son iki turu götürsək, əminliklə söyləmək olar ki, hər iki komanda hazırda yüksəlişdədi. Təcrübə və uyğunlaşmış heyət bakılıların tərəfindədi. Zaqatalalılar isə hələ yenicə bir araya gəliblər. Bu üzdən də onlara çətin olacaq. Maraqlı oyun olacaq. Nəticədə qonaqların təcrübəsi qazanacaq. Baxmayaraq ki, “ağ-qaralar”a süni örtükdə çox çətin olacaq. “Simurq” rəqibinə ciddi çətinliklər yarada bilər. Amma istənilən “Neftçi” qələbə qazanmalıdı.

İnter – Xəzər Lənkəran
Bakılılar qol vəziyyətlərini reallaşdırmaqla bağlı problemlər yaşamaqdadılar. Bu gün “İnter”də sabit qol vura biləcək futbolçular yoxdu. Lənkəranlılar isə liderdilər. Bu turda da öz liderliklərini möhkəmləndirə bilərlər. Baxmayaraq ki, bu, çox çətin olacaq. Hər halda bərabər oyun və heç-heçə gözləyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.