30 sentyabr 2011 00:29
Xəzər Lənkəranda ikisi gəldi, ikisi getdi
"Xəzər Lənkəran" "İnter"lə oyunun hazırlıqlarını tamamlayıb. Azerisport.az xəbər verir ki, Lənkəran klubu dünən oyunöncəsi tam heyətlə məşq edib.
"Şəfa" stadionunda keçirilən məşq oyunun başlayacağı saatda – 19:00-da start götürüb və hazırlıq prosesinə Alim Qurbanovla Elvin Beqiri qatılmayıb. Əvəzində Mirça Rednikin əsas heyətə qaytardığı Julius Vobay və Kamran Ağayev məşqdə iştirak edib.
