1 oktyabr 2011 19:10

Vaqif də Volqaya qələbə qazandıra bilmədi (YENİLƏNİB)

Rusiya Premyer Liqasında 26-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” doğma meydanda Perm “Amkar”ınn qəbul edib.
 
Qeyd edək ki, həmyerlimizin komandası elitada qalmaq uğrunda mübarizə aparır. 12-ci pillədə qərarlaşan Nijni Novqorod təmsilçisinə hər xal hava-su kimi lazım idi. Maraqlıdı ki, “Amkar” da elə eyni xalla (23) “Volqa”nın əsas izləyicisiydi. Bir sözlə tərəfləri 6 xallıq mübarizə gözləyirdi. Lakin qarşılaşma tərəflərin qolsuz heç-heçəsi ilə bitib.
 
Getdikcə yeni komandasındakı mövqeyini möhkəmləndirən Vaqifin bu dəfə də meydana çıxması istisna deyildi. Lakin baş məşqçi Dmitri Çerışev onu bu dəfə ehtiyatda saxlamışdı. Amma 66-cı dəqiqədə Vaqif Paştovun əvəzində meydana çıxıb.
 
Rusiya Premyer Liqası
26-cı tur
1 oktyabr
 
Volqa – Amkar - 0:0 (0:0)
 
89-cu dəqiqədə Vaqif cərimə zərbəsini təhlükəli yerinə yetirsə də, rəqib futbolçular topu uzaqlaşdıra bilirlər
90-cı dəqiqədə isə rəqib müdafiəçi açıq ayaqla Vaqifə qarşı çox kobud oynayır
90+1. Vaqif cərimə meydançasına daxil olsa da, yenə rəqib müdafiəsi sayıq oynayır

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.