1 oktyabr 2011 13:55
Xudiyevdən altı oyuna 3 düzgün proqnoz
Azərbaycan futbolunun veteranlarından olan Asim Xudiyev Premyer Liqamızın 8-ci turunun oyunları ilə bağlı verdiyi proqnozlardan yalnız üçündə yanılıb. Azerisport.az xəbər verir ki, o, 3 görüşün nəticəsini öncədən düzgün proqnozlaşdırsa da, qalanlarının nəticəsini düzgün müəyyənləşdirə bilməyib.
Xudiyev “Neftçi”nin “Simurq”u, “Qarabağ”ın “Turan”ı yenəcəyini, həmçinin “Bakı” – AZAL matçında heç-heçə olacağını öncədən də demişdi. Lakin “Qəbələ”nin “Rəvan”la heç-heçə edəcəyinə, “Kəpəz”in “Sumqayıt Şəhər”i yenəcəyinə, “İnter” – “Xəzər Lənkəran” matçının isə sülhlə bitəcəyinə dair proqnozları özünü doğrultmadı.
