1 oktyabr 2011 15:18
Ağayev Avstriya və Türkiyə ilə oyunlarda forma geyə biləcək
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələsinin Avstriya və Türkiyə ilə oyunlarında forma geyə biləcək. Azerisport.az xəbər verir ki, son günlərdə zədədən əziyyət çəkən, hətta Premyer Liqanın 8-ci turunun “İnter”lə oyununda “Xəzər Lənkəran”a kömək edə bilməyən millimizin 1 nömrəsinin tezliklə sıraya dönməsi gözlənilir.
Hər halda yığmamızın düşərgəsinə dəvət alan futbolçunun zədəsi sağalıb və məşqlərə də başlayıb. Son turda iştirak etməsə də, millimizin oyunlarında baş məşqçi Berti Foqtsun yenə ona güvənəcəyi istisna olunmur.
Qeyd edək ki, yığmamızın Avstriya ilə oyunu oktyabrın 7-də Bakıda, Türkiyə ilə qarşılaşması isə ayın 11-də səfərdə keçiriləcək.
