1 oktyabr 2011 15:26
Avstriya ilə oyun Rəşad Sadıqov üçün tarixi ola bilər
Futbol üzrə Azərbaycan və Avstriya yığmalarının AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunu yığmamızın kapitanı Rəşad Sadıqov üçün tarixi ola bilər. Azerisport.az xəbər verr ki, bu görüşdə meydana çıxacağı halda Rəşad millinin heyətində 75-ci oyununa çıxmaqla, 74 oyun keçirmiş Aslan Kərimovu ötəcək.
Beləliklə, Sadıqov keçirilmiş oyunların sayına görə milli komandamızın rekordçusu ola bilər. Xatırladaq ki bu siyahının onluğunda Mahir Şükürov (53) və Samir Abbasov (44) da var. Sadıqov müdafiəçi mövqeyinə baxmayaraq yığmanın heyətində vurduğu dörd qolla 10 ən məhsuldar oyunçu siyahısında da yer alıb.
