1 oktyabr 2011 15:32
Murad Hüseynov: Karyeramda ilk dəfə avtoqol vururdum
“Qəbələ”nin forvardı Murad Hüseynov Premyer Liqanın 8-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, komandasının doğma meydanda 2:3 hesabıyla uduzduğu görüşlə bağlı bunları dilə gətirib:
“Əlbəttə, ardıcıl üçüncü oyunda da uduzmaq çox məyusedicidi. Komandamız çox uğursuz oyun keçirdi. Bəli, mən komandamın ilk qoluna imza atdım. Amma bu, mənim yaxşı oynadığım anlamına gəlmir. Mən də hamı kimi pis oynadım. Sonra da öz qapıma vurdum. Bu, mənim karyeramda ilk belə hadisədi. Şübhəsiz ki, Toni Adams komandanın oyunundan çox narazı qalıb. Xüsusi heç nə demədi. Onsuz da hamı emosiyalı idi. Oyunumuzu yaxşılaşdırmalıyıq”.