1 oktyabr 2011 15:44

Elvin Məmmədov: Avstriyanı Bakıda yenəcək gücdəyik

“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov Premyer Liqanın 8-ci turunun AZAL-la oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb. O, qarşılaşma ilə bağlı bunları dilə gətirib:

“Bu oyunda qələbə də qazana bilərdik. Amma hərdən belə də olur ki, top heç cür rəqib qapısına getmək istəmir. İstənilən halda mən komandamızı təbrik edirəm. Çünki uşaqlar bu gün yaxşı oynadılar. Bu gün yaxşı, açıq futbol gördük. Sadəcə, yaradılan qol vəziyyətlərindən yararlana bilmədik”.
 
Məmmədov zədədən sonrakı qayıdışına da toxundu: “Əlbəttə, uzun müddətdən sonra yenidən meydana qayıtmağım sevindiricidi. Amma hələ tam bərpa olunduğumu deməzdim. Hələ tam gücümlə oynamağa hazır deyiləm. Buna baxmayaraq, komandama kömək etmək istəyirəm. Ümid edirəm ki, qarşıdakı matçlarda tam hazır olacam və öz oyunumu sərgiləyəcəm”.
 
Gənc yarımmüdafiəçi komandasının qeyri-sabit çıxışı ilə bağlı fikirlərini bölüşüb: “Özünüz də görürsüz ki, hələ oyun planında problemlərimiz var. Məsələn, xəttlər arasında əlaqə hələ normal qurulmayıb. Ötən mövsümlə müqayisədə heyətdə edilən dəyişikliklər də oyunumuza təsirsiz ötüşmür. Mümkündü ki, yenilər hələ komandaya tam alışmayıb”.
 
Sonda Məmmədov milli komandamızın qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələsinin Avstriya və Türkiyə ilə oyunlarına da toxunub: “Hesab edirəm ki, yığmamız Avstriyanı Bakıda yenəcək gücdədi. Hazırda avstriyalılar o qədər də güclü deyillər. Türkiyə ilə oyuna gəlincə, bu qarşılaşmada da heç-heçəyə nail olmaq şansımız var. Bu, tamamilə realdı. Qarşıdakı iki oyundan 4 xal götürə bilərik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.