1 oktyabr 2011 17:58
Azərbaycan millisi ilk itki ilə üzləşdi
Xəbər verdiyimiz kimi, bu gündən etibarən Bakıda Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Azerisport.az xəbər verir ki, toplanışın ilk günündəcə komandamız birinci itki ilə üzləşib.
Belə ki, AZAL klubunun üzvü Aqil Nəbiyev zədəli olduğu üçün millinin heyətindən çıxarılıb. Lakin onun əvəzinə kiminsə çağırılıb-çağırılmayacağı dəqiq deyil.
