1 oktyabr 2011 00:05
Yığmamızın üzvü oynamadı, komandası qələbə qazandı
Azərbaycan U-19 yığmasının üzvü Şamil Qurbanov Rusiyanın “Volqa” klubunun əvəzedicilərinin son oyununda iştirak etməyib. Azerisport.az xəbər verir ki, Nijni Novqorod təmsilçisinin çalışdırıcısı ona Perm “Amkar”ı ilə ev oyununda şans verməyib.
Millimizin üzvünün bu görüşdə iştirak etməməsinin səbəbi məlum deyil. Qeyd edək ki, Qurbanov “Volqa”nın əvəzedici heyətinin əsas üzvüdü və ola bilsin ki, zədə səbəbindən bu dəfəki görüşü buraxmalı olub.
Qarşılaşmaya gəlincə, baş məşqçi Maqomed Adiyevin yetirmələri Qurbanovun yoxluğunda daha bir qələbə qazanıblar. Novqorodluların vurduğu 3 qolun qarşılığında qonaq komanda cəmi 1 təsəlli topuna imza atıb.
