2 oktyabr 2011 14:28
Vaqif Cavadovun son oyununa qiymət verildi
Rusiya mətbuatı futbol üzrə yığma komandamızın hücumçusu Vaqif Cavadovun çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, şimal qonşularımız “Volqa”da çıxış edən həmyerlimizin son oyununu fərqli qiymətləndiriblər.
Belə ki, Cavadovun “Amkar”la qarşılaşmadakı çıxışı “Sovetski sport” tərəfindən 3,0 balla qiymətləndirilib. Sports.ru portalı isə ona 5,0 verib.
Xatırladaq ki, Vaqif “Amkar”la oyunun 65-ci dəqiqəsində meydana çıxsa da, komandasına qələbə qazandıra bilməmişdi – 0:0.
