2 oktyabr 2011 22:08
Vaqif Sadıqovu yenə məyus etdilər (YENİLƏNİB)
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqovun da çalışdığı Rusiyanın "Anji" klubu bu gün Premyer Liqada növbəti görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Mahaçqala təmsilçisi öz meydanında Moskva "Lokomotiv"ini qəbul edib.
Qeyd edək ki, bu görüş "Anji" üçün mühüm əhəmiyyət kəsb edirdi. 41 xalla 7-ci pillədə qərarlaşan Sadıqovun komandası "Lokomotiv"dən cəmi 2 xal geri qalırdı və qələbə qazanacağı halda həm onu qabaqlamış, həm də irəliləmiş olacaqdı. Amma mahaçqalalılar bu şansdan yararlana bilməyiblər və minimal hesablı məğlubiyyətə üzülüblər.
Xatırladaq ki, "Anji" klubunun baş məşqçisi Hacı Hacıyev bu həftə istefa versə də, həmyerlimiz vəzifəsində saxlanıldı. "Anji"ni bu görüşə Andrey Qordayev və Roberto Karlos çıxarıblar.
Rusiya Premyer Liqası
26-cı tur
2 oktyabr
Anji - Lokomotiv - 0:1
