2 oktyabr 2011 17:07
“Komanda ad günümə gözəl hədiyyə etdi”
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunmuş IX qrupunda bu gün keçirilmiş Bosniya və Herseqovina – Ukrayna oyunundan sonra mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, Bosniya və Herseqovina U-17 yığmasının baş məşqçisi İliya Lukiç 3:1 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Yaxşı mübarizə apararaq layiqli qələbə qazandıq. Uşaqlar verdiyim tapşırıqları yerinə yetirdilər. İlk dəfə idi futbolda Ukraynaya qalib gəldik. Komanda ad günümə gözəl hədiyyə etdi”.
