2 oktyabr 2011 17:16
“Nəticənin belə olması məni təəccübləndirmədi”
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunmuş IX qrupunda bu gün keçirilmiş Bosniya və Herseqovina – Ukrayna oyunundan sonra mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, Ukrayna U-17 yığmasının baş məşqçisi Mikola Lisenko 1:3 hesabıyla məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“Maraqlı oyun oldu. Rəqibimiz yaxşı komlektləşmiş komandadı. İkinci hissədə daha yaxşı oynasaq da, fürstətlərdən yararlana bilmədik. Nəticənin belə olması məni təəccübləndirmədi”.
