2 oktyabr 2011 21:37
İspanların baş məşqçisi millimizə 7 qol vurduqları oyunu asan saymır
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunmuş IX qrupunda bu gün keçirilmiş İspaniya – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, 7 cavabsız qolla qələbə qazanan İspaniya U-17 yığmasının baş məşqçisi Xorxe Vilda bunları dilə gətirib:
“Asan oyun olmadı. Rəqibin müqavimətinə və futbolçularımızın yorğun olmasına baxmayaraq, qalib gəlməyi bacardıq. Ümumiyyətlə, hər oyuna maksimum nəticə qazanmaq üçün çıxırıq”.
