2 oktyabr 2011 21:45
Futbolçularımız Latviyada qələbəyə sevindilər
Latviyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız “Jelqava” klubunun əvəzedici komandası ilə qarşılaşıb.
Rizvan Umarov və Nurlan Novruzovun fərqlənməsi sayəsində yığmamız 2:1 hesablı qələbə qazanıb.
