2 oktyabr 2011 21:51
"0:7 ədalətli nəticə idi"
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunmuş IX qrupunda bu gün keçirilmiş İspaniya – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, 7 cavabsız qolla məğlub olan Azərbaycan U-17 yığmasının baş məşqçisi Sissi Rayt bunları dilə gətirib:
“İkiqat Avropa çempionuna qarşı oynadıq. Rəqibə müəyyən məqamlarda çətinliklər yaratmaq üçün futbolçulara verdiyim tapşırığı yerinə yetirə bildilər. Nəticənin ədalətli olduğunu düşünürəm”.
