2 oktyabr 2011 17:40
İspanlar yığmamızı Bakıda biabır etdilər (YENİLƏNİB)
Bu gün 17 yaşadək qızlardan ibarət yığmalar arasında futbol üzrə Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yer aldığı qrupun oyunları Bakıda təşkil olunub.
İkinci oyun günündə Azərbaycan millisi İspaniya ilə qarşılaşıb. Xatırladaq ki, futbolçularımız çıxdıqları ilk rəsmi oyunda darmadağınla üzləşmişdilər. Azərbaycan Ukraynaya uduzduğu halda, ispanlar da Bosniya və Herseqovina üzərində 6 cavabsız qolla qələbə qazanmışdılar. Yığmamız bu dəfə də darmadağınla üzləşib. İspanlar futbolçularımıza düz 7 cavabsız qol vurublar.
Günün ilk oyununda isə Ukrayna və Bosniya və Herseqovina yığmaları qarşılaşıb. Bosniyalılar qələbə qazanan tərəf olublar.
AÇ-nin seçmə mərhələsi
1 oktyabr
Bosniya və Herseqovina – Ukrayna - 3:1
İspaniya - Azərbaycan - 7:0
Qrupdakı son vəziyyət: İspaniya - 6, Ukrayna - 3, Bosniya və Herseqovina, Azərbaycan - 0.
