2 oktyabr 2011 11:35

Fərid Quliyev: Bundan yalnız Neftçi qazanır

“Neftçi”nin forvardı Fərid Quliyev azerisport.az saytına müsahibəsində komandasının və özünün çıxışından, eləcə də Azərbaycan yığmasından danışıb.
 
- “Simurq” üzərində qələbə barədə nə deyərdiz?
- Bilirdik ki, Zaqatalada bizə çox çətin olacaq. Meydan sahibləri sona kimi vuruşdular. Çox ağır oyun oldu. Son dəqiqələrdə “Simurq” cavab qoluna da imza atdı. Amma biz yenidən önə keçməsək, xal itirsəydik, çox məyus olacaqdız.
 
- Bu yolda məhz sizin meydana çıxmağınız həlledici oldu...
- Heç neçənci dəqiqədə meydana çıxmağım yadımda deyil. Çox şadam ki, komandama 3 xal qazanmaqda kömək edə bildim.
 
- Bu sizin mövsümdə ilk qolunuz idi. Təəssüratlarınız?
- Qol vurmaq həmişə xoşdu. Mən komandanın mövsümə hazırlıq prosesində iştirak etməmişdim. Çünki komandaya mövsümün gedişində gəlmişdim. Məşqlərdə mümkün qədər çox çalışırdım ki, optimal forma yığa bilim.
 
- Yəqin ki, bundan sonra daha çox meydanda olacaqsız...
- Özüm də daha çox oynamaq istəyirəm. Amma hər şey baş məşqçidən asılıdı. Ötən tur “Bakı”yla qarşılaşmada 15 dəqiqə oynamışdım. “Simurq”a qarşı da oynadım. Mümkündü ki, növbəti turlarda daha çox oynayım.

- Bahodir Nasimov artıq neçənci turdu qol vura bilmir. Hesab etmirsiz ki, onunla rəqabətdə bir addım öndəsiz?
- Bunu Böyükağa Hacıyev daha yaxşı bilər. Bu rəqabətdən yalnız “Neftçi” qazanır. Kim daha yaxşı oynasa, o da meydana çıxacaq. Ola bilər ki, gələn tur start heyətində elə mən meydana çıxım.
 
- Yəqin ki, həm də “Xəzər Lənkəran”ın “İnter”ə yenilməsinə sevindiniz?
- Hə (gülür). Amma bu, əsas deyil. Əsas odu ki, biz öz işimizi gördük, xalımızı qazandıq. Biz qələbə qazanmasaq, liderin xal itirməsinin nə mənası olacaq?

 
- Yeri gəlmişkən, Azərbaycan yığmasına qayıtmaq barədə düşünmürsüz?
- Bir qol vuran kimi yox. Özümü daha çox sübut etməliyəm ki, Berti Foqtsun diqqətini çəkim. Axı almaniyalı baş məşqçi 15 dəqiqə oynayan futbolçunu çətin ki, milliyə dəvət etsin. Əgər daha çox oynamaq imkanı qazansam, noyabrda keçiriləcək yoldaşlıq oyunlarına dəvət almaq istərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.