3 oktyabr 2011 13:21
Neftçi rəsmisi rəsmən Space-də
"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu yeni vəzifəyə təyin olunub. Azerisport.az xəbər verir ki, Əşrəfoğlu bundan sonra "Space" kanalında İdman Departamentinə rəhbərlik edəcək.
Qeyd edək ki, uzun müddət AzTV-də çalışmış Əşrəfoğlu telekanaldan ayrılandan sonra "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbər təyin olunmuşdu. Onun "Space"dəki işi ilə yanaşı, "Neftçi"dəki fəaliyyətini də davam etdirəcəyi bildirilir.
