3 oktyabr 2011 13:35
Türkiyə yığmamızla oyun öncəsi daha bir itki ilə üzləşdi
Türkiyə yığması Almaniya və Azərbaycan ilə oynayacağı AÇ-2012-nin seçmə oyunları öncəsi daha bir itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, qapıçı Tolqa Zengin də ilkin heyətdən kənarlaşdırılıb.
Buna “Trabzonspor”un sözügedən futbolçusunun zədələnməsi səbəb olub. “Eskişehirspor” – “Trabzonspor” matçının ardından klub və milli komanda həkimlərinin ümumi rəyinə əsasən Tolqanın qarşıdakı oyunlarda oynamasının mümkünsüzlüyü müəyyənləşib. Belədə, baş məşqçi Qus Hiddink onu heyətdən kənarlaşdırmalı olub.
Artıq türklər Tolqa Zenginin yerinə baş futbolçu da tapıblar. Bu, “Mersin İdman Yurdu”nda çıxış edən qapıçı Hakan Arıkandı.
