3 oktyabr 2011 14:27
Kamran Ağayev: Avstriyanı məğlub edəcək gücdəyik
Futbol üzrə yığma komandamızın qapıçısı Kamran Ağayev qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələsinin Avstriya və Türkiyə ilə oyunları öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən həmişə demişəm ki, öz meydanımızda uduzmaq olmaz. Amma bu dəfə bizə yalnız uduzmamaq yox, həm də qələbə qazanmaq lazımdı. Öz gücümüzə inanırıq. Bilirik ki, Avstriyanı məğlub edəcək gücdəyik. Baxaq görək onlarla necə oynayırıq. Türkiyə ilə oyuna isə məhz Bakıdakı qarşılaşmadan sonra hazırlaşmağa başlayacağıq”.