3 oktyabr 2011 15:53
“Almaniya və Azərbaycan ilə görüşlərdə 4 xal qazanmalıyıq”
Türkiyə millisinin üzvü Gökhan Gönül AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də qarşılaşacaqları Almaniya, eləcə də 11-də qəbul edəcəkləri Azərbaycanla oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “Fenerbahçe”nin şərəfini qoruyan təcrübəli müdafiəçi Bundestimlə oyunun çətin keçəcəyini, ancaq qələbə qazanmağın da mümkün olduğunu bildirib:
“Belçika qrup ikincisi olmaq üçün hər iki qarşıdakı hər iki oyununu qələbə ilə başa vurmalıdı. Biz isə Almaniya və Azərbaycanla görüşlərdə 4 xal qazanmalıyıq. Almaniyanın gücünə bələdik. Geridə qalan oyunların heç birində məğlub olmayıblar. Rəqib Türkiyəyə tam heyətlə gəlib. İki komanda arasında baş tutan oyunlar hər zaman prestijli olub. Çətin olacağını bilirik. Amma imkansız deyil”.
