3 oktyabr 2011 17:32
Neftçi də istirahətə buraxılıb
"Neftçi"nin futbolçuları "Simurq" üzərində qələbədən sonra istirahətə buraxılıblar. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlarla bağlı yaranmış fasilə ilə əlaqədar flaqmanın üzvlərinin oktyabrın 6-da bir araya gəlməsi nəzərdə tutulub.
Həmin gün Azərbaycan milli komandasının və U-21 yığmasının düşərgəsində olan futbolçular, eləcə də zədəlilər - Flavinyo və Rodriqinyodan başqa digərləri məşq prosesində iştirak edəcəklər.
Qeyd edək ki, "Neftçi" növbəti oyununu oktyabrın 16-da "İnter"ə qarşı keçirəcək.
