3 oktyabr 2011 18:12
Məsut Özil: Türkiyədə fitə basılsam, qulaqlarımı tutacam
Almaniya milli komandasının türk əsilli futbolçusu Məsut Özil AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də səfərdə keçirəcəkləri Türkiyə ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu oyunla bağlı bunları dilə gətirib:
"Türkiyə ilə oyun mənim üçün xüsusi görüş olacaq. Atamın doğulduğu və böyüdüyü yerdə Almaniya milli forması altında Türkiyəyə qarşı oynamaq mənim üçün qürurvericidi. Türkiyə ilə oyun çox çətin keçəcək. Lakin inanıram ki, sonda 3 xal qazanan tərəf məhz biz olacağıq. Azarkeşlərin təzyiqinə gəldikdə isə Berlindəki oyunda da minlərlə türk azarkeş məni fitə basmışdı. Ancaq mən bundan təsirlənməmişdim və hətta qol da vurmuşdum. Oyun zamanı bütün diqqətimi futbola yönəldirəm və digər amillərə fikir vermirəm. Türkiyədə fitə basılsam, qulaqlarımı bağlayacağam".
