3 oktyabr 2011 19:37
Bakının futbolçuları millidən uzaqlaşdırıldı
Futbol üzrə Moldova yığmasının baş məşqçisi Qabi Balint üç futbolçunu yığmadan kənarlaşdırılıb. Azerisport.az xəbər verir ki, onun qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələsinin Hollandiya və San-Marino ilə oyunlar üçün çağırdığı heyətdən uzaqlaşdırdığı oyunçular arasında Premyer Liqamızda top qovan futbolçular da var.
Belə ki, “Bakı”nın müdafiəçiləri Aleksey Savinovla Vadim Boret qarşıdakı seçmə oyunlarda iştirak etmək hüququndan məhrum olub. Savinovun hazırlıq durumu baş məşqçini qane etməyibsə, Boret ailə problemlərini əsas gətirərək, millinin heyətindən çıxarılmasını xahiş edib.
