3 oktyabr 2011 19:55
Azərbaycan çempionu Barcelona ilə qarşılaşa bilər
Futzal üzrə UEFA kubokunun bütün iştirakçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, son 16 klub arasında Rusiyanın “Dinamo”, Hollandiyanın “Eyndhoven”, İspaniyanın “Barcelona” və Macarıstanın “Dyor” klubları da var.
16 klub arasında Azərbaycan çempionu “Araz” da var. Hansı ki, İtaliyanın “Montesilvano”, Portuqaliyanın “Sporting” və Qazaxıstanın “Kayrat” klubları ilə birgə səpələnmişlər arasında yer alacaq.
Qeyd edək ki, UEFA kubokunun elit raundunun püşkatması oktyabrın 14-də Nyonda keçiriləcək. Elit mərhələnin iştirakçıları 4 komandadan ibarət olmaqla 4 qrupa bölünəcəklər. Qrup oyunları noyabrın 12-dən 20-nə qədər davam edəcək. Final mərhələsi isə 2012-ci ildə baş tutacaq.
“Araz”ın potensial rəqibləri:
Əsas mərhələnin qrup qalibləri: Eyndhoven, “Barcelona”, “İberiya Star” (Gürcüstan), “Şatelino” (Belçika), “Marka” (İtaliya), “Ekonomats” (Serbiya).
Qrup ikinciləri: “Dinamo”, “Dyor”, “Slov-Matik” (Slovakiya), “Xrudim” (Çexiya), “Targu Mureş” (Rumıniya), “Uraqan” (Ukrayna).
