3 oktyabr 2011 11:29
“Azərbaycan millisi AÇ-nin növbəti mərhələsinə adlayacaq”
Futbol üzrə gənclərdən ibarət yığmamızın üzvü, Rusiyanın “Volqa” klubunda top qovan Şamil Qurbanov müsahibəsində Latviya toplanışından, komandamıza alışmasından danışıb. Azerisport.az həmin müsahibəni təqdim edir.
- Biz gündə iki dəfə məşq edirik. İlk günlərdə əsas diqqət fiziki hazırlığa yönəlmişdi. Amma sonra yüklənmə bir qədər aşağı salındı. Artıq indi texniki, taktiki hərəkətlərə diqqət ayrılmaqdadı.
- Yoldaşlıq oyunundakı çıxışınızı necə qiymətləndirərdiz?
- Gərgin oyun alındı. Heç kim güzəştə getmək istəmirdi. Düzdü, müqayisə etdikdə, Rusiyanın gənclərdən ibarət komandalardan fərqli olaraq, Latviya çempionatı bir qədər zəifdi. Amma “Jelqava” güzəştə getmək istəmirdi. Azərbaycan yığmasının oyununa gəlincə, biz hələ bir-birimizi başa düşmürük. Komandada böyük potensial var.

- Sən bu oyunda hansı mövqedə çıxış etdin?
- Baş məşqçimizin məni sol cinah yarımmüdafiəçisi mövqeyində sınamaq arzusu vardı. Bu oyuna iki heyətlə çıxdıq. Mən birinci hissədə oynadım. Əlimdən gələn qədər çalışdım, bir qol ötürməsi etdim. Fikrimcə, baş məşqçi məndən razı qaldı. Amma qarşıdakı oyunlarda hansı mövqedə çıxış edəcəyimi bilmirəm. Mümkündü ki, yenə yarımmüdafədə oynayım.

- İlk təlim-məşq toplanışıyla müqayisədə bu dəfə özünə münasibətdə dəyişiklik vardımı?
- Yəqin ki, hə. Yığmada mən təkcə özümü sübut etməyə çalışmıram. Burda həm də məni buna hazırlayanları təmsil edirəm. Xüsusilə də baş məşqçimiz Məhəmməd Adiyevi. Heç kimin zəhmətini yerə vurmaq istəmirəm və çalışıram yaxşı futbol oynayım. Digər dəyişiklik isə azərbaycanlı uşaqları tanımaqla bağlıdı. Artıq onların adları ilə bağlı çətinliklə üzləşmirəm.

- Yığmadakı durumun necədi?
- Riqada qalırıq. Latviya paytaxtının mərkəzindən elə də uzaqda deyilik. Sərbəst vaxtlarımızda hərdən şəhərə çıxırıq. Şərait çox yaxşıdı. Düzünü deyim, çoxdan idi belə keyfiyyətli meydança görmürdüm. Burda özümü yaxşı hiss edirəm. Yığmanın bütün üzvləri qarşıdakı oyunlara ciddi hazırlaşır. Səbrsizliklə Avropa çempionatının seçmə oyunlarının başlanmasını gözləyirəm.

- “Volqa”nın gənclərdən ibarət komandasının çıxışını izləyirsən?
- Bəli, əlbəttə. Onlara görə çox həyəcan keçirirəm. “Amkar” üzərində qələbəyə görə çox sevindim. Uşaqları da, Adiyevi də təbrik etdim. Onlarla tez-tez yazışırıq. Düzünü desəm, uşaqlar üçün çox darıxıam.

- Qarşıdakı planlarınız?
- İndi bizi İsveçin oyununu öyrənmək gözləyir. Çünki seçmə mərhələdə Azərbaycan millisi məhz bu komandayla qarşılaşacaq. Oktyabrın 5-də Stokholma uçuruq. Növbəti gün isə meydan sahibləriylə qarşılaşacağıq. Qrupdakı digər rəqiblərimiz Rumıniya və İtaliyadı. Fikrimcə, biz növbəti mərhələyə çıxmağı bacaracağıq. ("Volqa"nın rəsmi saytı)