3 oktyabr 2011 11:37
TFF azərbaycanlı azarkeşlərə beş sektor ayırdı (FOTO)
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də, Türk Telekom Arenada keçiriləcək Türkiyə – Azərbaycan oyununda millimizi dəstəkləmək istəyən azarkeşlər üçün Türkiyə Futbol Federasiyası tərəfindən ayrıca sektorlar müəyyənləşdirilib. Azersport.az xəbər verir ki, azərbaycanlı fanatlar üçün stadionun 124, 418, 419, 420 və 421-ci sektorları ayrılıb.
Millimizin azarkeşlərindən xahiş olunur ki, futbolçularımızı daha effektiv dəstəkləmək üçün Türkiyə – Azərbaycan oyununun biletlərini məhz qeyd olunan sektorlara alsınlar.
