3 oktyabr 2011 11:44
UEFA-dan azərbaycanlı üçün yeni təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, o, bu dəfə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununa təyin olunub.
Belə ki, AÇ-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də keçiriləcək Bosniya və Herseqovina – Kipr oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.
