3 oktyabr 2011 12:01
Yığmamız açıq məşqə çıxır
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Avstriya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, Berti Foqstun komandası sabah - oktyabrın 4-də AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da növbəti məşqinə çıxacaq.
Saat 10:30-da başlayacaq məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
