3 oktyabr 2011 00:05
Quluzadə oynadı, komandası qələbə qazandı
Futbol üzrə yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadə Türkiyə Bank Asya liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, gənc futbolçumuz 5-ci tur çərçivəsində keçirilən “Karşıyaka” ilə oyunun iştirakçısı olub.
Millimizin üzvü bu dəfə də “Erciyesspor”un start heyətində meydana çıxıb. Lakin baş məşqçi Fikrət Yılmaz onu 74-cü dəqiqədə Cemal Taşlı ilə əvəzləyib.
Qarşılaşmaya gəlincə, Kayseri təmsilçisi məhz Amitin meydanda olduğu dəqiqələrdə (63) Hanninin vurduğu yeganə qol sayəsində növbəti 3 xalına sahib çıxıb. Bu qələbə sayəsində “Erciyesspor” 9 xalla 4-cü pilləyə yüksəlib.
