3 oktyabr 2011 12:26
Avstriya Azərbaycan ilə oyun öncəsi iki oyunçusunu itirdi
Futbol üzrə Avstriya yığması itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, oktyabrın 7-də Bakıda millimizin qonağı olacaq avstriyalıların 2 aparıcı futbolçusu sıradan çıxıb.
Bunlar Almaniyanın “Stuttgart” klubunun yarımmüdafiəçisi Martin Harniklə “Hannover”in müdafiəçisi Emmanuel Poqatetsdi. Harnik Bundesliqanın son turunun “Kaiserlautern”lə oyununda zədələnib. Poqatetsin isə hazırda ciddi müalicəyə ehtiyacı olduğundan, “Hannover” rəhbərliyi Avstriya Futbol Federasyasından bununla bağlı xüsusi razılıq alıblar.
Avstriya mətbuatının yazdığına görə, Harnikin əvəzində gənclərdən ibarət yığmanın üzvü Daniel Royer əsas komandaya dəvət olunacaq.
