3 oktyabr 2011 12:58
Arda: Bizi Azərbaycan ilə çətin oyun gözləyir
AÇ-2012-nin seçmə mərhələsində oktyabrın 11-də İstanbulda milli komandamızı qəbul edəcək Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan bu qarşılaşma öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, İspaniyanın “Atletico” klubunun üzvü bunları dilə gətirib:
“Mən hər zaman milli komanda üçün hazır olmuşam, indi də hazıram. İnşallah, hər şey istədiyimiz kimi olar. Bizi Almaniya və Azərbaycanla çox çətin oyunlar gözləyir. Amma komandamıza 4 xal da kifayət edə bilər. 3 xal da bəsdi. Məntiqlə hərəkət edib, pley-off mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacağıq. Türkiyə öz meydanında kimlə oynamasından asılı olmayaraq, hər zaman favoritdi. Almanlardan 1 deyil, 3 xal ala bilərik”.