4 oktyabr 2011 13:02
Xəzər Lənkəranda 11-ci debütant
Azərbaycan Premyer Liqasının 8-ciI turu daha 1 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, yayda transfer olunan Kamal Bayramov karyerasında ilk dəfə cənub komandasının formasında meydana çıxdı.
“İnter”lə səfər matçında iştirak edən qapıçı “Xəzər Lənkəran” tarixinin bütün oyunçularının ümumi siyahısına 137-ci kimi daxil oldu.
Kamal buna bu mövsümdə nail olan 11-ci futbolçudu. Ona qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraş, Deyan Rusiç, Branimir Subaşiç, Mario Rosas, Antonio Semedo və Eldar İsmayılov da yeni komandalarında debüt etmişdilər.
Qeyd edək ki, indiyədək “Xəzər Lənkəran”ın şərəfini qorumuş 137 oyunçudan 53-ü yerli, 84-ü əcnəbidi.
