4 oktyabr 2011 13:53

Sumqayıt Şəhər 12 futbolçusunu yola saldı

Milli komandamız AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Avstriya, oktyabrın 11-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, qeyd olunan oyunlarla əlaqədar oktyabrın 1-dən 7-dək Bakıda, oktyabrın 8-dən 12-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan yığma komandasının heyəti açıqlanıb. “Sumqayıt Şəhər”inn qapıçısı Andrey Popoviç də əsas millimizin düşərgəsinə çağırılıb.
 
Bundan başqa, sözügedən klubun 6 futbolçusu – Ruslan Tağızadə, Emin Mustafayev, Eşqin Quliyev, Kamil Nurəhmədov, Ruslan Qurbanov və Bədavi Hüseynov isə 21 yaşadək futbolçulardan ibarət milli komandaya dəvət alıb. Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 6-da Norveç, oktyabrın 10-da isə Belçika komandası ilə qarşılaşacaq.
 
“Sumqayıt Şəhər”in 3 futbolçusu – Emil Balayev, Samir Yusifov və Hacı Əhmədov U-19 heyətinə çağrılıb. Qeyd edək ki, 19 yaşadək futbolçulardan ibarət milli komandamız sentyabrın 27-dən oktyabrın 5-dək Latviyanın Riqa şəhərində təlim-məşq toplanışı keçiriləcək. Oktyabrın 5-dən 12-dək isə yığmamız İsveçdə Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək.
 
“Sumqayıt Şəhər”in aşağı yaş qrupu üzrə komandasının üzvü – Fərid Kərimzadə U-15-in heyətinə çağırılıb.
 
“Sumqayıt Şəhər”in qızlardan ibarət komandasının üzvü Ləman Bağırova isə hazırda Bakıda keçirilən 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində millimizin heyətində çıxış edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.