4 oktyabr 2011 14:38
Türkiyə yığması üçün şad xəbər
Türkiyə millisinin aparıcı üzvlərindən Selcuk İnanın cəzası ləğv olunub. Azerisport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi belə olan halda Almaniya seçməsi ilə qarşıdakı oyunda komandasına kömək edə biləcək.
Xatırladaq ki, Selcuk Qazaxıstan millisinə qarşı görüşdə qırmızı vərəqə görərək, iki oyunluq diskvalifikasiya olunmuşdu. Ancaq Türkiyə Futbol Federasiyası mühüm oyunlar öncəsi UEFA-ya müraciət edərək, onun məsələsinə yenidən baxılmasını tələb edib.
Nəticədə UEFA rəsmiləri “Galatasaray”lı futbolçunun lehinə qərar qəbul edərək, onun cəzasını ləğv edib. Ancaq bunun qarşılığında belə bir şərt irəli sürülüb ki, əgər Səlçuk növbəti dəfə eyni kobudluğa yol verər və diskvalifikasiya olunarsa, hazırkı cəzası da onun üstünə əlavə olunacaq.
