4 oktyabr 2011 15:01
Rauf Əliyev millinin məşqini buraxmalı oldu
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Rauf Əliyev yığmanın bu günkü məşqini buraxmaq məcburiyyətində qalıb. Azerisport.az xəbər verir ki, buna onun özünü soyuğa verməsi səbəb olub.
Zədədən də əziyyət çəkən “Qarabağ”ın forvardının durumu hələlik ürəkaçan deyil. Onun AÇ-2012-nin qarşıdan gələn Avstriya və Türkiyə ilə oyunlarında iştirakı sual altındadı.
Qeyd edək ki, millimiz avstriyalılarla oktyabrın 7-də Bakıda, Türkiyə ilə 4 gün sonra İstanbulda qarşılaşacaq.
