4 oktyabr 2011 15:32
Foqts yığmamızın axşam məşqini təxirə saldı
Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts bu gün axşama nəzərdə tutulan məşqi təxirə salıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis futbolçulara istirahət verməyi qərara alıb.
Maraq üçün bildirək ki, komandamızın çalışdırıcısı bunu yetirmələrinin son məşq proseslərində yaxşı çalışmasına jest olaraq həyata keçirdiyini əsaslandırıb. Beləcə, milli üzvləri növbəti məşqə sabah çıxacaqlar.
