4 oktyabr 2011 15:46

Əfran İsmayılov: Türkiyəni udmasaq da, köməklik etmiş olarıq

Futbol üzrə yığma komandamızın və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov AÇ-2012-nin seçmə mərhələsinin Avstriya və Türkiyə ilə oyunları öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Qarşıdakı iki oyunda neçə xala ümid edə bilərik?
- Əgər evdə Avstriyanı məğlub edə bilsək və İstanbulda da türklərlə heç-heçə etsək, daha dörd xal qazana bilərik. Məhz buna çalışacağıq.
 
- Avstriya və Türkiyə ilə oyunlara hazırlıqlar necə gedir?
- Yaxşı. Berti Foqts hazırlıqlarımızdan razıdı. Axşam məşqini də ləğv etdi. Söylədi ki, yaxşı məşq edirsiz və buna görə də axşam məşqi əvəzinə sizə istirahət verirəm.
 
- Deməli, avstriyalıları öz meydanımızda məğlub etməyə hazırıq?
- Hesab edirəm ki, doğma meydanda keçiriləcək bu oyundan maksimum xalla ayrılmağa borcluyuq. Bunun üçün kifayət qədər gücümüz var. Öz meydanımızda Türkiyəni, Qazaxıstanı məğlub etmişik, Belçika ilə heç-heçə etmişik. Öz oyunumuzu sərgiləyə bilsək, hər şey alınacaq.
 
- Makedoniya ilə oyunun birinci hissəsində yığmamız heç də pis hücum futbolu sərgiləmirdi...
- “Dalğa Arena”da tribunalardakı atmosfer həqiqətən də komandaya çox müsbət təsir göstərir və hücuma, qol vurmağa həvəsləndirir.
 
- Deməli, bu oyunda da hücum futbolu oynayacağıq?
- Xeyr. Bütün komandayla hücuma atılmayacağıq. Axı Avstriya elə də zəif komanda deyil. Onların heyətində yaxşı ifaçılar var. Diqqətli olmaq lazımdı. Amma nəzərə alsaq ki, bizə qələbə lazımdı, hücumlara da xüsusi diqqət ayıracağıq.
 
- Rauf Əliyevin meydana çıxması sual altındadı. Bu, komanda üçün ciddi problemdi?
- Ümid edirəm ki, o, tez sağalacaq və oynaya biləcək. Rauf yaxşı forvardı. Onunla oynamaq mənə də asandı. Hər ehtimala qarşı onu əvəzləyəcək kimsə var.
 
- Siz qeyd etdiniz ki, Türkiyə ilə səfərdə heç-heçə oynamaq istəyirsiz. Amma bizimlə oyun onlar üçün taleyüklü qarşılaşma olacaq...
- Niyə də olmasın? Öz meydanımızda məğlub etmişiksə, səfərdə də ən azı heç-heçəyə ümid edə bilərik. Əgər hətta udmasaq da, onlara köməklik etmiş olarıq.
 
- Əgər 10 xal toplayacağımızı proqnozlaşdırsaq, bu, futbolumuza nə verəcək?
- Sadəcə yeni uğurdan başqa heç nə. Axı biz qrupdan çıxmayacağıq. Hər halda bu, futbolumuzu inkişafda olduğunu göstərə və yeni tsikldə daha böyük uğurların əsasını qoya bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.