4 oktyabr 2011 16:29
Simurqa 7000 AZN cərimə, baş menecerinə 5 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın son turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunun “Qəbələ”– “Rəvan” matçının 76-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Şerif Suma kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Simurq” – “Neftçi” matçının 69-cu dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Simurq” klubunun baş meneceri Zöhrab Əliyev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub.
